Logo

ADU-nun nəzdində fəaliyyətə başlayan İnklüziv Təhsil Mərkəzi Könüllü Proqramı elan edir

19.09.2021 18:47 912 baxış
IMG

ADU-nun nəzdində fəaliyyətə başlayan İnklüziv Təhsil Mərkəzi (CiNE) Könüllü Proqramı elan edir. 

Gələcəkdə karyerasını korreksiya işi üzrə qurmaq istəyən defektoloq-loqoped, pedaqoq, psixopedaqoq, psixoloq, erqoterapevtlərin müraciəti qəbul olunur.

Artıq qeydiyyata start verilmişdir.

Seçilmiş iştirakçılar 3 aylıq təcrübə imkanı əldə edəcək, yekunda isə sertifikatla mükafatlandırılacaqlar. Bununla yanaşı, mərkəzin bütün ödənişli təlimlərinə güzəştli şərtlərlə qoşula biləcəklər. Həmçinin iş imkanları da mövcuddur.

Müraciətlərin email ünvanına göndərilməsi tövsiyə olunur.

Xəbər lenti