Logo

COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılmır

20.09.2021 10:08 471 baxış
IMG

Sentyabrın 22-dən etibarən Azərbaycanda 2021-2022-ci tədris ili start götürəcək. Artıq bununla bağlı Təhsil Nazirliyi tərəfindən bütün hazırlıqlar görülüb, müəllimlər, valideynlər və şagirdləri maraqlandıran bütün suallara aydınlıq gətirilib.

Tehsil.biz Modern.az-a isitnadən xəbər verir ki, vətəndaşları ən çox maraqlandıran sual isə COVID-19 pasportu olmayan valideynlərin məktəbə buraxılıb-buraxılmaması ilə bağlı idi.
Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bu sualı cavablandırarkən, “valideynlərdən heç bir COVID-19 pasportu tələb etmirik” açıqlamasını vermişdi.

Bu gündən isə Bakıdakı məktəblərin əksəriyyətində övladlarının kitablarını götürmək, yaxud məktəblə bağlı hər hansı məsələni həll etmək istəyən və COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır. Məktəblərdə buna səbəb kimi Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi bildirilib.

Xəbər lenti