Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Ağdamda baş tutan konfransda bir neçə təkliflər irəli sürüb.
Tehsil.biz xəbər verir ki, bu barədə rektor sosil şəbəkə hesabından bildirib.
Rektor qeyd edib:
"Özündə aşağıdakıları ehtiva edən QARABAĞ ELM – TƏHSİL – İNNOVASİYALAR VADİSİnin yaradılması:
- Ağdamın Baş Planında nəzərdə tutulmuş Universitetin MULTİVERSİTET kimi təşkili;
- Rəqəmsal istiqamətli müasir texnopark və müasir innovativ həllər üzərində çalışan laboratoriyalar;
- Dünyada ən son innovasiyaları, smart millət, smart ölkə , smart şəhər, smart kəndlər modelini və s. nümayiş etdirmək üçün sərgi zalları;
- İT təmayüllü məktəblər
- Zəngin kitabxana;
- Müasir konfrans zalları.
- Bu Vadi Startaplar, Akselerator və İnkubator mərkəzi funksiyasını öz üzərinə götürürə bilər.
- Bu vadi daxilində rəqəmsal İqtisadiyyat üzrə kiçik və orta sahibkarlar üçün təşviq sənədi verilə və digər təşviq tədbirləri həyata keçirilə bilər.
- Multiversitet ancaq rəqəmsal iqtisadiyyat üzrə tələb olunan mütəxəssislərin hazırlanmasına fokuslana bilər".