Logo

Peşə təhsili üzrə müəllimlərin işə qəbulunun müsahibə mərhələsinin nəticələri açıqlanıb

16 Noyabr 75 baxış
IMG

Peşə təhsili üzrə müəllimlərin işə qəbulunun müsahibə mərhələsinin nəticələri açıqlanıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Tehsil.biz bildirilib ki, nəticələr barədə məlumatlar müraciətçilərin https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yerləşdirilib.

 

Müsahibə mərhələsində uğurlu nəticə göstərən şəxslər noyabrın 16-dan 20-dək (saat 18:00-dək) qeyd olunan sənədləri müvafiq peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

 

– Təhsil haqqında diplom;

– Şəxsiyyət vəsiqəsi;

– Əmək kitabçası.

 

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun qəbul olunduğu vakansiyadan imtinası kimi qiymətləndiriləcək.

 

Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə müəllimlərin peşə təhsil müəssisələrinə işə qəbulu prosesində 98 ümumtəhsil fənn müəllimi, 76 ixtisas fənn müəllimi və istehsalat təlimi ustası olmaqla, ümumilikdə 174 müəllim uğurlu nəticə göstərib. Eyni zamanda, 50-yə qədər namizədin adı ehtiyat siyahıya əlavə edilib. Vakansiya üzrə çalışmaqdan imtina edənlər olduğu təqdirdə ehtiyat siyahısında yer alan namizədlərə iş təklif olunacaq.

Xəbər lenti