Əli Ələkbərov Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin tarix müəllimliyi ixtisasının ikinci kurs tələbəsidir.
O, gələcək planları barədə fikirlərini "Tehsil.biz"lə bölüşüb:
"Gələcək planlarım odur ki, universiteti bitirdikdən sonra həm magistratura, həm də doktorantura pillələrini oxuyub təhsil eksperti olmaqdır. İxtisasım üzrə tarix müəllimi olub məktəblərdə və tədris kurslarında işləməkdir".
- Hal-hazırda tədris aldığınız müəssisə gələcək planlarınızı həyata keçirməyə imkan verirmi?
- Əlbəttə, Xəzər Universitetini bitirən hər bir şəxs yüksək vəzifələrdə işləyir və mən də onlardan biri ola bilərəm.
Əli Əkbərov bildirir ki, distant təhsil bütün tələbələrə pis təsir etdi:
"Distant təhsil təbii ki, bütün tələbələrə pis təsir etdi. Yalnız onu da deyim ki, oxumaq istəyən tələbə istər distant, istər əyani təhsildə dərslərini yaxşı oxuyacaq".
- Pandemiya dövründə universitetiniz tələbələrə güzəşt etdimi?
- Bəli, maddi cəhətdən imkanı az olan tələbələrə güzəşt edildi.
"Tərəddüd etmədən ixtisas seçimində bir daha Xəzər Universitetini seçərdim", -deyə müsahibimiz vurğulayıb.
Fəqan Əzimli