Logo

BMU ilə “MKT İstehsalat Kommersiya” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

20.09.2021 15:09 629 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə “MKT İstehsalat Kommersiya” MMC şirkəti arasında bir sıra istiqamətlər üzrə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tehsil.biz xəbər verir ki, bu məqsədlə BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova ilə “MKT İstehsalat Kommersiya” MMC şirkətinin təlim və inkişaf üzrə aparıcı mütəxəssisi Aydan Həsənova arasında keçirilən görüşdə mövcud vakansiyalar və yeni layihələr, həmçinin iki qurum arasında memorandumun imzalanması məsələləri ətraflı nəzərdən keçirilib.

Tədbirdə “MKT İstehsalat Kommersiya” MMC şirkətində BMU-nun tədris etdiyi ixtisaslar üzrə istehsalata uyğun müxtəlif vakansiyaların mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, şirkət qarşılıqlı əməkdaşlıqda maraqlıdır və gənc kadrları regionlar üzrə yeni işlərə cəlb etmək niyyətindədir.

Qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

Xəbər lenti