Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş musiqili “Xəmsə” milli intellektual oyunu təşkil edilib.
Tehsil.biz xəbər verir ki, universitetin “Beynəlxalq münasibətlər və hüquq” fakültəsində baş tutan tədbiri Tələbə Gənclər Təşkilatının sədri, “Hüquq fənləri” kafedrasının müəllimi Əziz Qasımov açaraq intellektual düşüncəli gəncliyin formalaşması üçün bu kimi tədbirlərin mahiyyətinin önəmli olduğunu və həmçinin, tələbələrin asudə vaxtlarının xoş, səmərəli keçməsi üçün önəmli olduğunu vurğulayıb.
Oyun hər komandada beş nəfər olmaqla 8 komandanın iştirakı ilə baş tutub. İntellektual oyunun sonunda “Beynəlxalq münasibətlər və hüquq” fakültəsinin “Paradoks” komandası qalib olub. Tarix-filologiya fakültəsinin “Diamond” komandası II, “Memarlıq və mühəndislik” fakültəsinin “Hibrit” komandası isə III yerin sahibləri olublar.
Qeyd edək ki, oyun milli musiqilərimiz, klassiklərimizin əsərləri, dünya musiqisinin tarixinə dair hazırlanmış suallar əsasında qurulub.
Sonda universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qalib komandanı təbrik edib, digər komandalara uğurlar arzu edib. Qalib komandalara diplom təqdim edilib.