Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin professoru Çingiz İsmayılov Rusiyanın Həştərxan şəhərində Həştərxan Dövlət Texniki Universitetinin təşəbbüsü ilə "Xəzəryanı ali məktəblərinin əməkdaşlığı: 25 il strateji tərəfdaşlıq" adlı Beynəlxalq dəyirmi masada iştirak edib. Dəyirmi masanın açılışında Həştərxan vilayətinin qubernatorunun müavini, Qazaxstan, İran və Türkmənistanın Rusiyadakı Baş konsulları çıxış ediblər.
Dəyirmi masada çıxış edən BDU-nun professoru Çingiz İsmayılov "Xəzəryanı universitetlərin elm və təhsil sahəsində əməkdaşlığının əhəmiyyəti" mövzusunda çıxış edərək, birgə layihələrin hazırlanması, tələbə və gənc alimlərin mübadiləsi və ikili diplom əldə edilməsi üçün birgə səylərin artırılması məsələrindən bəhs edib. Tədbirdə Rusiya universitetlərinin nümayəndələri ilə yanaşı, həmçinin Qazaxıstan və İran ali məktəblərinin alimləri də çıxış ediblər.
Tədbirin sonunda, Xəzəryanı Universitetlər Assosiasiyasının prezidenti, professor Y.Pimenov çıxış edərək universitetlərarası birgə inkişaf strategiyasını hazırlanmasının vacibliyini bildirib.