Logo

"Goranboy rayonunun təhsili yağışdan çıxıb, yağmura düşüb" - ŞİKAYƏTÇİ

21.09.2021 09:50 1213 baxış
IMG

"Tehsil.biz" redaksiyasına Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən ünvanlanmış şikayət məktubunu olduğu kimi təqdim edirik:

"Goranboy rayonunun təhsili yağışdan çıxıb, yağmura düşüb.

Bu rayonda TƏHSİL qanunları deyil, "BAZAR qanunları" hökm sürür.

Ulu öndər, dahi şəxsiyyət, mərhum Prezidentimiz Heydər Əliyev demişdir: "Təhsil millətin gələcəyidir"

Millətin gələcəyi olan təhsilə Goranboy rayonunda 05.08.2021-ci il tarixindən Seymur Fazil oğlu Nazarov rəhbərlik edir.

Seymur Nazarov kimdir? 

Seymur Nazarov Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbində fransız dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb, müəyyən səbəblərə görə müəllim vəzifəsindən azad olunaraq, Rusiya Federasiyasının bazarlarının birində ticarətlə məşğul olmağa başlayıb. Deyilənə görə, "KƏLƏM" alverçisi olub. Seymur Nazarov RF-dan qayıtdıqdan sonra Goranboy rayonunun hansısa kənd məktəblərinin birində PSİXOLOQ vəzifəsinə təyin edilib, Goran stansiyasında yerləşən mağazaların birində ticarətlə məşğul olmağa davam edib. Sonra Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində direktorun təşkilatçı müavini vəzifəsində və Ballıqaya kənd ümumi orta məktəbində direktor vəzifəsində çalışıb. 
Təəssüf hissi ilə deyirəm ki, Goranboy RTŞ-yə müdir vəzifəsinə təyin edilən Seymur Nazarov özünə xəsarət yetirərək, qollarındakı şah damarlarını kəsib. Özünə xəsarət yetirən, damarlarını kəsən necə ola bilər ki, bu gün Goranboy RTŞ-yə müdir vəzifəsinə təyin edilib?
Bu müdir müəllim  təhsillə qəssabxananı səhv salıb. Normal insan özünə xəsarət yetirərmi? Nə səbəblərdən insan özünə xəsarət yetirir?

Nəzərinizə çatdırım ki, yuxarıda qeyd etdiyim məsələlərlə bağlı 16.08.2021-ci il tarixində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qəbulunda oldum və aşağıdakı məsələləri də bu rayonun icra başçısının diqqətinə çatdırdım. Bildirdim ki, ixtisası texnologiya müəllimliyi olan informatika fənni üzrə lobarant, ixtisası ibtidai sinif müəllimliyi olan kimya fənni üzrə lobarant vəzifələrində çalışırlar. Baza təhsili texnoloq olan, yenidənhazırlanma təhsili ilə ibtidai sinif müəllimliyi ixtisasına yiyələnən müəlliməyə 65 yaşını bitirən ibtidai sinif müəlliməsinin sinfini müdirin göstərişi ilə alıb. Həmin bu texnoloq ibtidai sinif müəlliməsi Seymur Nazarovun qohumudur. Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinin 2018-ci ildən direktoru vəzifəsində çalışan Qabil Həsənov 2019-cu ilin fevral ayında mənim etdiyim şikayət əsasında aparılan yoxlamaların nəticəsinə görə "xəbərdarlıq", təşkilatçı müavini Həvayət Həsənova "TÖHMƏT" cəzası almışlar. Qabil Həsənov bu məktəbin pedaqoji və texniki heyətinin bir qismindən müəyyən adlarla pullarını aldığını, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxtakarlıqlar etdiyi üçün 2021-ci ilin avqust ayında barəsində Goranboy rayon prokurorluğunda araşdırılma aparılır, direktor vəzifəsindən azad olunması ilə bağlı Təhsil Nazirliyinə təqdimat göndərilib. Töhməti olanı, məktəb direktoru Qabil Həsənovun etdiyi saxtakarlıqlara şərait yaradan təşkilatçı müavin Həvayət Həsənovanı Seymur Nazarov öz şəxsi maraqları üçün Qabil Həsənovun yerinə direktor təyin edib. 

Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbinin direktoru İradə Həsənova kimdir?

İradə Həsənova bu məktəbdə uzun müddət direktorun tədris işləri üzrə müavin vəzifəsində çalışıb. Yol verdiyi ciddi nöqsanlarına, saxtakarlıqlarına, xüsusi ilə saxta sinif komplektləşdirilməsi yaratdığına görə XÜSUSİ qərarla tədris işləri üzrə direktor müavini vəzifəsindən azad olunub, məktəbin ƏMR və pedaqoji şura kitablarında var. Barəsində olan XÜSUSİ qərar gizlədilib, Goranboy RTŞ-nin sabiq müdiri tərəfindən TN-nin təşkil etdiyi "Direktorların İşə Qəbulu" müsabiqə, müsahibə mərhələsinə göndərilib, sabiq müdirin şəxsi maraqları əsasında İradə Həsənova Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbinə direktor vəzifəsinə təyin olunub. Yeni müdir Seymur Nazarov bu qanunsuzluqları bilərək "kadr islahatı" aparmaq əvəzinə vəzifə öhdəliklərini yerinə yetirə bilməyənlərə yüksək vəzifə verir. 

Seymur Nazarov TN-nin şöbə müdiri və Goranboy RTŞ-nin müdiri vəzifəsində çalışmış obyektiv, ədalətli, peşəkar pedaqoq Ağababa İbrahimovun təhsildən dövlət sənədləri saxta olduğunu müəyyənləşdirdikdən sonra uzaqlaşdırdığı kadrları Təhsil Şurasına üzv seçir, bəzisini özünə müşavir, bəzisini özünə agent vəzifələri təyin edərək ətrafını toplayır.

Cənab Başçı Məhərrəm Quliyev mənə qəbulunda olanda bildirdi ki, mən Seymur Nazarovu tanımıram, sadəcə mənə təklif etdilər, mən də təqdimatını TN-ə göndərdim, RTŞ-yə müdir təyin etdim. 

Sual olunur: Ay Cənab Başçı, tanımadığınız kadrı nə səbəblə millətin gələcəyi olan təhsilə müdir təyin edirsiniz?

Sizdən xahiş edirəm yuxarıda qeyd etdiklərimi nəzarətinizə götürəsiniz, obyektiv araşdırılma aparılması üçün tapşırıq verəsiniz. 

İnanıram ki, tezliklə Goranboy rayon təhsili Seymur Nazarov kimi kadrın əlindən alınacaq, bu rayonun təhsilinə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən bir ziyalı rəhbərlik edəcək.

Hörmətlə, 

Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu

TARİX:    20.09.2021-ci il"
 

QEYD: Qarşı tərəflərin də fikirlərini yayımlamağa hazırıq!

Xəbər lenti