Logo

BDU alimlərinin məqaləsi Q4 kvartil kateqoriyalı jurnalda dərc edilib

21.09.2021 10:37 373 baxış
IMG

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin əməkdaşları dosent Fuad Kərimli, professor Teymur İlyaslı, professor Sabit Məmmədov, elmi işçi Nərgiz Əhmədova, elmi işçi Natəvan Mahmudova və professor Eldar Əhmədovun “Toluolun disproporsionlaşma reaksiyasında CexMg1–xAl2O4 nanotorları ilə modifikasiya olunmuş ZSM-5 növlü seolitlərin xassələrinin tədqiqi” (Evaluation of the properties of ZSM-5 type zeolites modified with CexMg1–xAl2O4 nanopowders in the toluene disproportionation reaction) adlı məqaləsi Web of Science və SCOPUS bazalarında indekslənən “Petroleum Chemistry” jurnalında (Petroleum Chemistry,  v.61 (8), 2021) dərc edilib (https://doi.org/10.1134/S0965544121080041).

Toluolun disproporsionlaşma reaksiyasında CexMg1–xAl2O4 nanotorları ilə modifikasiya olunmuş HZSM-5 növlü seolit katalizatorunun katalitik və turşu xassələri tədqiq olunub. Müəyyən edilib ki,  HZSM-5 seolit katalizatoru CexMg1–xAl2O4 nanotorları ilə modifikasiya olunduqda güclü proton turşu mərkəzlərinin qatılığının azalması, yeni güclü aproton turşu mərkəzlərinin formalaşması və seolitin məsamələrinin daralması baş verir.  Yaranmış sterik vəziyyətə görə m- və o- ksilolların diffuziyası çətinləşir və para selektivlik artır. Göstərilib ki, 5% Сe0,1Mg0,9Al2O4– HZSM-5 katalizatoru toluolun disproporsionlaşması reaksiyasında p-ksilola görə yüksək selektivlik (65,7-77,3%) göstərən optimal katalizatordur. Bu zaman toluolun konversiyası 20,3–29,7% təşkil edir.

Xəbər lenti