Logo

AzTU-da Maşınqayırma və energetikada yeni konsepsiyalar və texnologiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək

21.09.2021 12:35 366 baxış
IMG

Dekabrın 2-3-də Azərbaycan Texniki Universitetində (AzTU) “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu barədə AzTU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Texniki Universiteti (Azərbaycan), Almetyevsk Dövlət Neft İnstitutu (Tatarıstan Respublikası, Rusiya), Brandenburq Texniki Universiteti (Almaniya), Cənubi Ural Dövlət Universiteti (Rusiya), Qazi Universiteti (Türkiyə) və Liberets Texniki Universiteti (Çexiya) tərəfindən təşkil olunacaq tədbirdə müxtəlif mövzularda elmi məruzələr dinləniləcək.

Xəbər lenti