Logo

Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq-abidə kompleksinin açılışı olub

21.09.2021 15:29 416 baxış
IMG

İmişli şəhər 1 nömrəli məktəb-liseyin həyətində Vətən müharibəsində şəhid olan məktəbin məzunları – Cavadlı Nemət Cavid oğlunun, Əzizli Sabir Hikmət oğlunun,  Abışov Tacəddin Elşən oğlunun, Məmmədli Cavidan Valeh oğlunun və Tağıyev Allahverdi Əkbər oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq-abidə kompleksinin açılışı olub.

Açılış mərasimində Azərbaycanın Dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından danışıblar.

Tədbirdə çıxış edən məktəbin şagirdləri hərbi - vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xəbər lenti