15 azərbaycanlı 2021-2022-ci tədris ili üzrə “Türkiye Bursları” çərçivəsində Türkiyənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb.
Təqaüdə layiq görülən 15 nəfər iqtisadiyyat, tibb, kompüter elmləri, mühəndislik və təbiət elmləri ixtisas istiqamətləri üzrə “Ankara Universitesi”, “Bursa Uludağ Universitesi”, “İstanbul Üniversitesi”, “Ege Üniversitesi”, “Yıldız Teknik Üniversitesi”, “Gazi Üniversitesi” və digər universitetlərdə təhsil alacaqlar.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 16 yanvar 2021-ci il tarixində verilib.