Moskva Dövlət Qida İstehsalı Universitetinin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlimlərə start verilib.
UNEC-dən Tehsil.biz-ə bildirilib ki, oktyabrın 6-dək davam edəcək təlimlər “Peşəkar problemlərin həllində VR-AR texnologiyaların tətbiqi”, “Peşəkar fəaliyyətdə texnoloji avadanlıqların 3D modelləşdirilməsindən istifadə” və “Texnosfer təhlükəsizliyinin idarə olunmasına müasir yanaşmalar” mövzularında tərtib olunmuş proqramlar üzrə ödənişsiz təşkil olunacaq.
Kurslar 2 modul üzrə aparılacaq. Sentyabrın 20-27-də “Webinar.ru” platformasında onlayn və oktyabrın 4-6-da əyani formatda praktik tapşırıqların icrası və yekun attestasiyadan, habelə sertifikatların təqdimatından ibarət olacaq.