Logo

Türkiyənin Azərbaycandakı səfiri AzTU-da olub

21.09.2021 17:24 383 baxış
IMG

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, rektor Vilayət Vəliyev son dövrlərdə AzTU ilə Türkiyənin qabaqcıl universitetləri arasında imzalanan ikili diplom və əməkdaşlıq müqavilələri və bu istiqamətdə görülən işlər barədə səfirə məlumat verib. Bildirilib ki, əməkdaşlıq çərçivəsində Türkiyə universitetlərinin tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində təcrübəsi artıq AzTU-da geniş istifadə olunur. Səfirə universitetdə qurulan müasir laboratoriyalar haqqında da ətraflı məlumat verilib.

Səfir Cahit Bağçı AzTU-da olmaqdan məmnunluğunu ifadə edib. Son dövrlərdə bu universitetdə tədrisin və elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işləri təqdirəlayiq hesab edib. Səfir qardaş ölkə universitetlərinin əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib

Xəbər lenti