Logo

Məktəblinin dostlarına ilk tibbi yardımın göstərilməsi üzrə keçirilən təlimlər sona çatıb

21.09.2021 17:45 367 baxış
IMG

Məktəblinin dostlarına ilk tibbi yardımın göstərilməsi üzrə keçirilən təlimlər sona çatıb.

Tehsil.biz xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən keçirilən təlimlərin əsas məqsədi iştrakçıların ilk tibbi yardımın göstərilməsi istiqamətində nəzəri və praktiki biliklərini artırmaq, fövqəladə hallar zamanı şagirdlərə və məktəb heyətinə ilk yardımın göstərilməsinin daha səmərəli və faydalı olmasını təmin etməkdir.

Keçirilən təlimlər zamanı iştirakçılara ürək-ağciyər reanimasiyası, yaralar, qanaxma, yanıqlar, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verilib.

Xəbər lenti