Sentyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ), Strasburq Universitetinin vitse-prezidenti, UFAZ-ın elmi eksperti və koordinatoru professor Jean-Marc Planeix ilə universitetin pedaqoji kollketivi arasında görüş olub.
Tehsil.biz xəbər verir ki, görüşdə, yeni tədris ilində gündəlikdə duran məsələlər, yerli müəllimlərin peşəkarlığının artırılması istiqamətində işlər, yeni layihələr və təşəbbüslər barədə müzakirələr olub. Jean-Marc Planeix, tələbələrin gələcəkdə iş tapmasına dəstək olmaq üçün, müəllimləri onların bacarıqlarını üzə çıxarmağa yardım etməyə səsləyib. O həm də, qlobal trendlərə uygun olaraq komanda şəklində çalışmağı tövsiyyə edib.
Görüşün sonunda, professor Planeix müəllimlərin suallarına cavab verib.