Logo

17 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti icla

17.11.2020 13:39 407 baxış
IMG

İclasda müzakirə edilən 5 qapalı, 8 açıq tipli (cavabı kodlaşdırıla bilən 3 hesablama, 1 seçim, 1 uyğunluğun müəyyən edilməsi tipli və cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı situasiya) tapşırığın hər biri (48-60 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

 

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

 

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

 

Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

 

Növbəti iclasda (24 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək. 

 

Xəbər lenti