Logo

İmtahanda fırıldaq etmək istədi, rüsvay oldu - VİDEO

22.09.2021 00:59 483 baxış
IMG

Kırıkkalada (Türkiyə) sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanda fırıldaq etmək istəyənlər tutulub. Bəlli olub ki, onlar maskasına gizli kamera və xüsusi dinləmə cihazı qoyaraq nəzarətçiləri aldatmaq istəyiblər.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, tələbənin hərəkətindən şübhələnən nəzarətçilər onu yoxlamaq qərarına gəliblər. Qulağında yerləşdirdiyi "böcəyi" xəstəxanada çıxarıblar. Onun maska altındakı gizli kamera sayəsində sualları qarşı tərəfə çatdırdığı bəlli olub.

Xüsusi dinləmə cihazı ilə dostu isə ona cavabları göndərib. Xəstəxanadakı prosedurlardan sonra polis bölməsinə aparılan şəxs ortağı ilə birlikdə nəzarətə götürülüb. Hər iki şübhəli hələ də polis nəzarətindədir.

https://daytube.az/embed/114870

Xəbər lenti