Rusiyanın Perm Universitetinə silahlı hücum edərək 8 nəfəri qətlə yetirən I kurs tələbəsi Timur Bekmansurovun ayağıl amputasiya olunub.
Tehsil.biz xəbər verir ki, bu barədə life.ru məlumat yayıb. Bildirilir ki, Bekmansurov reanimasiyadadır və hələlik şüuru qapalıdır. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirir.
Xatırladaq ki, Timur Bekmansurov silahlı hücumu sentyabrın 20-də təşkil edib. 20-dən çox insan yaralanıb. Timur özü isə saxlanılarkən müqavimət göstərdiyi üçün güllə yaraları alıb.
Qafqazinfo