Logo

UNEC-də növbəti müzakirə: Müharibədən sonra Qarabağın iqtisadiyyatı

17.11.2020 14:08 438 baxış
IMG

Noyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində UNEC) Qarabağ iqtisadiyyatı ilə bağlı növbəti müzakirələr keçiriləcək.

 

UNEC-dən Tehsil.biz-ə bildirilib ki, budəfəki müzakirələr “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusuna həsr olunacaq.

 

UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Milli Məclisin komitə sədri Tahir Mirkişili, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dosent Altay İsmayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər.

 

Müzakirələrin sonunda suallar cavablandırılacaq.

Xəbər lenti