Logo

Ucarda polis əməkdaşları Şəhid və qazilərin məktəbli övladlarını ziyarət ediblər

22.09.2021 10:51 466 baxış
IMG

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində qəhrəmancasına şəhid olan, eləcə də sağlamlıqlarını itirən qazilərin məktəbli övladlarını ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, beş ailənin qonağı olan polis əməkdaşları məktəbliləri təbrik edib, təhsillərində uğurlar arzulayıblar. Azyaşlılara məktəbli çantası və dərs ləvazimatları hədiyyə edən polislər, onlarla xatirə şəkilləri çəkdiriblər.

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Ucar RPŞ-nin kollektivinə təşəkkürlərini bildiriblər.

Xəbər lenti