Logo

Yaşı 65-dən yuxarı olan təhsil işçiləri məktəbə gələ biləcək?

22.09.2021 11:07 2546 baxış
IMG

Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesində yaşı 65-dən yuxarı olan şəxslər də iştirak edə biləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda bildirilib.

Qeyd olunub ki, texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.

Xatırladaq ki, bundan əvvəl yaşı 65-dən az olan təhsil verənlər təhsilə cəlb olunmalı idi.

Xəbər lenti