Logo

Məktəblərdə dərslərin hansı qaydada dayandırılacağı müəyyən edilib

22.09.2021 11:41 605 baxış
IMG

Azərbaycanda məktəblərdə dərslərin hansı qaydada dayandırılacağı müəyyən edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə məsələ Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklikdə öz əksini tapıb.

Qaydalara əlavə edilən yeni bənddə qeyd edilir ki, təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir”.

Xəbər lenti