Logo

Memarlıq və İnşaat Universitetinə qəbul olanların nəzərinə: sənəd qəbulu onlayn aparılacaq

25.09.2020 13:55 455 baxış

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ili üzrə I kursa qəbul olunanların qeydiyyat prosesi onlayn şəkildə həyata keçiriləcək. AzMİU-nun bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə sənədlərini elektron qaydada universitetə təqdim etməlidirlər.

Bu barədə AzMİU-dan məlumat verilib. Bildirilib ki, ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyat prosesinin elektron qaydada keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində qeydiyyat platforması yaradılıb. Bu məqsədlə birinci tədris ili tələbələrinin https://www.e-telebe.edu.az/ portalına müraciət etmələri tələb olunur.

Elektron qeydiyyat prosesində təhsil sisteminə daxil olan birinci tədris ili tələbələri sırasından olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr müəyyən ediləcək və həmin tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmayacaq.

Xəbər lenti