AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İnstitutdan bildirilib ki, baş direktor coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə keçirilən imtahan 5 komissiya üzvü tərəfindən qəbul edilib. Beş ixtisas üzrə iştirak edən 7 iddiaçı imtahanı uğurla verib.
İmtahanda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri fəlsəfə elmlər doktoru, dosent Ələddin Məlikov və doktorantura sektorunun müdiri Tubu Qasımzadə iştirak edib.