Logo

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

22.09.2021 14:43 528 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 24-də dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DIM-dən Tehsil.biz-ə bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 14-ü saat 14:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 14:00-dək imtahanda iştirak etmək üçün 187 nəfər (BA - 51, BB - 136) qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Xəbər lenti