Logo

BMU-nun professor-müəllim heyətinin nəzərinə

22.09.2021 15:07 597 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Sapienza Universiteti professor-müəllim heyəti üçün bir həftəlik mübadilə müsabiqəsi elan edir.

Müsabiqə 2021/2022-ci tədris ili üçün nəzərdə tutulub. BMU-nun akademik heyəti sözügedən universitetin (https://www.uniroma1.it/en/pagina/faculties) istənilən fakültəsinə müraciət edə bilər.

Sənəd qəbulu üçün son tarix 05.10.2021-ci ildir.

Müsabiqəyə təqdim olunan namizədlər aşağıdakı seçim tələblərinə uyğun müəyyən olunacaq:

· BMU-nun tam ştatda çalışan müəllimi olması;

· BMU-da ingilis dilində tədris etməsi;

· Tərcümeyi-hal (CV);

· Gedəcəyi universitetdə nəzərdə tutulan tədris proqramının məzmunu (Content of the teaching programme);

· Motivasiya məktubu;

· Nəşrlərin siyahısı.

Qeyd: Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

Əlavə sual yarandığı halda BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (e-mail: [email protected]).

Xəbər lenti