Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə "Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi " Məhdud Məsuliyyətli Cəmiyyət arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.
Tehsil.biz xəbər verir ki, müqavilənin məqsədi Sosial sahibkarlıq və Sosial işin təşkili, inkişaf etdirilməsi və ölkəmizdə tətbiqi sahəsində işlək münasibətlər qurmaq, müxtəlif maarifləndirici layihələrin yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanması və birgə icrasını həyata keçirməkdir.
Eyni zamanda təhsil və elm sahəsində Akademiyanın tələbə və müəllimlərinin xarici ölkələrdə təlim, təcrübə, ixtisasartırma proqramlarında iştirak etmələrinə və beynəlxalq müsabiqə və yarışlarına dəstək olmaqdır.