Logo

ATU ilə UAFA arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

22.09.2021 15:32 560 baxış
IMG

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gərabəyli Birgə Yardım Təşkilatının (UAFA) Azərbaycandakı direktoru Gven Börçellə görüşüb. 

Tehsil.biz xəbər verir ki, ATU-nun rektoru professor Gəray Gəraybəyli qonağa Azərbaycanda yeganə tibb təhsili verən  universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Qeyd edib ki, 6 fakültəsi olan Tibb Universitetində ötən ildən etibarən tibb bacısı, kliniki psixologiya, fizoterapist, səhiyyə menecmenti kimi çox lazımlı ixtisaslar əlavə edilib. Bununla yanaşı, tədris proqramına da ciddi dəyişikliklər edilir, daim yeniliklərə açıq olan ATU-da hazırda çox sahədə islahatlar aparılır. Beynəlxalq əməkdaşlıq layihələrinin də əhəmiyyətini qeyd edən rektor G.Gəraybəyli UAFA təşkilatı ilə çoxistiqamətli əməkdaşlığın faydalı olacağını vurğulayıb. 

UAFA-nın direktoru Qven Börçell UAFA-nın missiyası və onun uzunmüddətli məqsədi barədə məlumat verib. Bu təşkilatın 1998-ci ildə Azərbaycanda "uşaqlara, səhiyyəyə və təhsilə xüsusi diqqət ayırmaqla həyat səviyyəsinin uzunmüddətli inkişafına kömək etmək" missiyası ilə yaradıldığını bildirib. Qeyd edib ki, 23 il ərzində UAFA həm Azərbaycan daxilində, həm də beynəlxalq sosial siyasətdə uşaqlar, xüsusən də əlilliyi olan uşaqlar, sağlamlıq və təhsil məsələlərinə diqqət yetirən qurum kimi formalaşıb. Direktor Q.Börçell də ATU ilə əməkdaşlıqdan məmnun olacağını qeyd edib. 
Daha sonra tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə UAFA-nın meneceri Ülviyyə Mirzəyeva, Corctaun Universitetinin Uşaqlara dəstək Mərkəzinin direktoru, professoru Tobi Long, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev iştirak ediblər.

Xəbər lenti