Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi yeni tədris ilinin başlanmasıyla əlaqədar olaraq təlimlərə start verib.
Tehsil.biz xəbər verir ki, bu məqsədlə universitetin aidiyyəti struktur rəhbərləri üçün təhsildə keyfiyyət anlayışı və ISO 9000 keyfiyyətin idarəetmə olunması sistemi və sənədləşmə prinsipləri haqqında təlim keçirilib.
Təlimlərin əsas mövzularından biri müəssisədəki hər bir strukturun özünə aid keyfiyyət hədəflərinin təyin edilməsi, eləcə də fəaliyyət planlarının hazırlanması olub.
Təlimlər zamanı BMU-nun strateji planına uyğun olaraq yol xəritəsi, keyfiyyət siyasəti, keyfiyyət hədəflərinin təyin olunması, həmçinin təhsil müəssisəsində ISO 9000 keyfiyyətin idarəetmə olunması sisteminin tətbiqi haqqında geniş müzakirələr aparılıb.