Sentyabrın 22-də, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Bakı Fransız Liseyinin direktoru Philippe Cirot ilə görüş baş tutub.
Tehsil.biz xəbər verir ki, görüşdə UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov, Baş katibi Elizaveta Bydanova və Strasburq Universitetinin vitse-prezidenti və UFAZ-ın elmi eksperti Jean-Marc Planeix iştirak edib.
Görüş zamanı Bakı Fransız Liseyi ilə UFAZ arasında akademik əməkdaşlıq məsələləri müzakirə olunub, lisey məzunlarının gələcəkdə UFAZ-da təhsil imkanlarına toxunulub. Bu il UFAZ-a qəbul olmuş tələbələr arasında ilk dəfə Bakı Fransız Liseyinin məzunu Səbinə Babayeva da yer alıb. O, UFAZ-ın kimya mühəndisliyi ixtisasında təhsil alır.