2021/2022-ci tədris ili üzrə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlanıb. Proqramda UNEC-in I kursunu bitirən tələbələr iştirak edə bilər.
UNEC-dən bildirilib ki, proqrama əsasən, tələbələr I və II kursda universitetdə təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə mühasibat uçotu ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.
Müraciətlər sentyabrın 28-dək qəbul olunacaq.