Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda vebinar keçirilib.
Tehsil.biz xəbər verir ki, vebinarda akademik Fikrət Əliyev "Maye dempferli rəqsvari sistemlər üçün bəzi riyazi məsələlər və onlarin həlli" adlı məruzə ilə çıxış edib.
Məruzədə maye dempferli rəqsvari sistem üçün riyazi məsələ - praktikadan götürülən statistik verilənlərə tabe olan həddin kəsr törəməsinin tərtibi, baş kütlənin kifayət qədər böyük qiyməti üçün ayrılmayan sərhəd şərtli uyğun sistemin həllinin qurulması, birinci yaxınlaşmada asimptotik həllin tapılması, uyğun olaraq proqram trayektoriya və idarəedicilərin ətrafında sistemi stabilləşdirmək üçün optimal requlyatorların qurulması məsələlərindən bəhs olunub.
Vebinarda İnstitutun əməkdaşları və Zəncan Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü, Atatürk Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir iştirak edib.