Sentyabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində 71-ci “NUCLEUS-2021” Beynəlxalq Konfransı keçirilib. Konfransda Bakı Dövlət Universitetini Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov təmsil edib. Mərkəz direktoru konfransda “Böyük Adron Kollayderinin enerjilərində müşahidə olunan pT oblastlarının xassələrinin enerji və kütlədən asılılığı” mühazirəsi ilə çıxış edib.
Çıxışdan sonra professor M.Süleymanov konfrans iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, beynəlxalq konfrans sentyabrın 25-nə qədər davam edəcək.