Azərbaycan Dövlət Pedaqoji Universitetinin Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən təşkil edilən “Tyutor (akademik məsləhətçi) hazırlığı” kursu aşağıdakı tədris modullarından ibarətdir:
- təhsil qanunvericiliyinin ətraflı araşdırılması və tədris prosesinə tətbiqi
- tədris sənədlərinin tərtibi qaydaları
- tələbələrlə davranış qaydaları və onlarla işin psixoloji xüsusiyyətləri
- ingilis dili səviyyəsinin yüksəldilməsi
- situasiyaların həlləri
- texniki bacarıqların artırılması
Ödənişli əsaslarla distant formada (Microsoft Teams platformasında) təşkil olunan təlim 2 aydan artıq müddətdə həyata keçiriləcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara təlim müddətində və imtahan nəticəsində topladıqları bala görə müvafiq sertifikat təqdim olunur.
Müraciət üçün son tarix: 07 oktyabr 2021
Təlimin keçiriləcəyi tarix: 11 oktyabr – 22 dekabr 2021
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında sənədin (diplomun) surəti;
- İş yerindən arayış (işləyənlər üçün);
- CV (anket)
- 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.
Sənədlər 07 oktyabr 2021-ci il tarixədək skan olunaraq pdf formatında onlayn qaydada [email protected] ünvanına göndərilir. Sənədləri göndərdikdən sonra vatsap nömrəsi (050- 210-42-74) ilə əlaqə saxlayaraq dəqiqləşdirməyiniz xahiş olunur.
Təlimdə iştirak edəcək ADPU, onun filiallları və ADPK nümayəndələrinə, eləcə də, eyni müəssisədən iştirakçıların sayı beş nəfərdən çox olduqda həmin müdavimlərin hər biri üçün ödənişə güzəşt nəzərdə tutulur.
Vatsap: (+99450) 210-42-74
E-mail: [email protected]