Tarixdə bu gün 18 NOYABR
18.11.2020 08:52
633 baxış
Əhəmiyyətli hadisələr
- 1830 — Belçika müstəqilliyini elan etmişdir.
- 1868 — Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis etmişdir.
- 1870 — Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilmişdir.
- 1918 — Litva müstəqilliyini elan etmişdir.
- 1927 — Ankara Radiosu fəaliyyətə başlamışdır.
- 1928 — "Uolt Disney"in və "Mikki Maus"un təqdimatı keçirilmişdir.
- 1931 — Yaponiya qoşunları Mancuriyanı işğal etmişdir.
- 1933 — İstanbul Darülfünunu yeni adla (İstanbul Universiteti) fəaliyyətə başlamışdır.
- 1963 — Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirmiş, Səddam Hüseyn həbs edilmişdir.
- 1976 — 36 illik diktatura rejimindən sonra İspaniyada demokratik rejim bərqərar olmuşdur.
- 1983 — BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina etmişdir.
- 1992 — Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilmişdir.
- 1992 — Azərbaycan Respublikası Gürcüstan ilə diplomatik əlaqələr qurmuşdur.
- 1995 — Vatikan qadınlara dini vəzifələr verilməsini qadağan edən qərarı yenidən qüvvədə saxlamışdır.
- 1997 — Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda yüz nəfərdən çox işçi həlak olmuşdur. Şaxtanın təqribən 1000 metr dərinlikdə yerləşdiyi üçün cəsədlərin çoxunu çıxarmaq mümkün olmamışdır. Ölkədə 1 günlük matəm elan edilmişdir.
- 1999 — Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanmışdır.
- 1999 — ATƏT-in İstanbul zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur.
Doğumlar[redaktə | əsas redaktə]
- 1647 — Pyer Beyl, fransız mütəfəkkir, yazıçı
- 1787 — Lui Dager, fransız, rəssam, kimyaçı, ixtiraçı
- 1923 — Elan Shepard, ABŞ kosmonavtı
- 1927 – Eldar Ryazanov – Rusiya və Sovet kinorejissoru.
- 1939 — Marqaret Etvud, kanadalı yazıçı, ədəbi tənqidçi
- 1953 — Alan Mur, illüstrator
- 1953 — Məmməd Adilov - AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru.
Ölümlər
- 1886 — Çester Artur, ABŞ-ın 21-ci prezidenti
- 1922 — Marsel Prust, fransız yazıçı
- 1952 — Pol Elüar, fransız şair
- 1962 — Nils Bor, danimarkalı fizik
- 2000 — Emin Sabitoğlu, Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti
Bayramlar və xüsusi günlər
- Mərakeş — Müstəqillik günü.
- Latviya — Latviya Respublikasının elan edilməsi günü.
- ABŞ — Mikki Maus günü.