Əfqanıstanda qadınlar kişilərlə eyni proqramla təhsil alacaqlar.
Bu barədə “Taliban”nın rəsmi nümayəndəsi, Mədəniyyət Komissiyasının rəhbəri Zabihulla Mücahid məlumat verib:
“Qadınların təhsili üçün şərtlər hazırlayırıq. Qadınlar kişilərlə eyni fənləri- riyaziyyat, kimya, tarix, biologiya oxuyacaqlar: cinsindən asılı olaraq ayrı proqramlar olmayacaq və diplomları dünyada tanınacaq”.
Mücahid Kabildəki bəzi qadınların artıq işə qayıtdıqlarını bildirib və eyni zamanda “zamanın dəyişdiyini” etiraf edib:
“İlk İslam əmirliyindən sonra (1996-2001-ci illər) çox şey dəyişib”. Oxu az