Logo

Təhsil naziri bu rayonların sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək

23.09.2021 09:59 654 baxış
IMG

Təhsil naziri Emin Əmrullayev 1 oktyabr 2021-ci il tarixində saat 16:00-da Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Göyçay, İsmayıllı, Şamaxı və Ağsu rayonlarının sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

Tehsil.biz xəbər verir ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeyd olunan rayonların sakinləri 28 sentyabr saat 18:00-dək 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin "146-1" nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://edu.gov.az/az/contact; https://portal.edu.az) vasitəsilə videoqəbula yazıla bilərlər.

Xəbər lenti