"Qadınların təhsil almaması fikri İslam dininə aid deyil"
Tehsil.biz xəbər verir ki, bu fikirləri Pakistan baş naziri İmran Xan BBC-yə yeni açıqlama verib
Yeni müsahibəsində İmran Xan Əfqanıstanda Taliban hökumətinin yalnız inklüziv olması, insan hüquqlarına hörmətlə yanaşması və Əfqanıstan ərazisini "terror mərkəzi" olaraq istifadə etməməsi halında tanıyacaqlarını deyib. İmran Xan Talibanın qadınların işləməsi, qız uşaqlarının məktəbə getməsiilə bağlı açıqlamalarını müsbət hesab etdiyini bildirib.
"Hakimiyyəti ələ keçirdikdən sonra verdiyi açıqlamalar ümidvericidir. Düşünürəm ki, qadınların məktəbə getməsinə icazə verəcəklər. Qadınların təhsil almaması fikri İslami deyil. Bunun dinlə heç bir əlaqəsi yoxdur" deyə İmran Xan vurğulayıb.