Logo

ADNSU-da yeni tədris ilində Elmi Şuranın ilk iclası keçirilib

23.09.2021 12:30 453 baxış
IMG

Sentyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni tədris ilində Elmi Şuranın ənənəvi formatda ilk iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, ilk növbədə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın, həmçinin pandemiya dövründə universitetin həyatdan köçən əməkdaşlarının ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra gündəlikdə olan məsələlər haqqında Elmi Şura üzvlərinə məlumat verən ADNSU-nun rektoru, professor Mustafa Babanlı cari tədris ilinin qəbul statistikası, yeni tədris ilində keyfiyyətli təhsilin təşkili, əsas fəaliyyət istiqamətləri üzrə göstəricilər, eləcə də tədrisin innovasiyalaşdırılası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, biz bu il təhsili elə təşkil etməliyik ki, sağlamlıq ön planda olsun və təhlükəsiz fəaliyyət göstərə bilək.

Rektor Mustafa Babanlı iclas iştirakçılarının diqqətinə çatdırıb ki, ənənəvi təhsilə başlamaq üçün zəruri tədbirlər görülüb və bu gün diqqətdə olan ən vacib məsələlərdən biri tədris zamanı koronavirus epidemiyası ilə mübarizədə aktiv omaq və müəyyən olmuş təlimatlara hamının əməl etməsidir. Gündəliyə uyğun olaraq Elmi Şura üzvlərinin müzakirəsindən sonra COVİD-19 pandemiyasından irəli gələn məsələlərin operativ həllini təmin etmək məqsədi ilə İşçi Qrupun yaradılması haqqında qərar qəbul edilib. Bildirilib ki, universitetdə “Peyvənd otağı” fəaliyyət göstərəcək, eyni zamanda hər mərtəbədə təcrid otaqları olacaq.

Rektor, professor Mustafa Babanlı gündəlikdə olan digər məsələləri Şura üzvlərinin müzakirəsinə çıxarıb. Struktur dəyişiliklərlə yanaşı, 2021-2022-ci tədris ilinin ənənəvi qaydada təşkili zamanı görüləcək işlər, cari qiymətləndirmə meyarları, ingilis dilində tədrisin vəziyyəti və digər mühüm məsələlər müzakirə olunub. Elmi Şuranın qərarı ilə Nizami Gəncəvi adına təqaüd təsis edilməsi barədə qərar qəbul edilib.

Sonda rektor müzakirəyə çıxarılan məsələlərlə bağlı tövsiyyələrini bildirib, yeni tədris ilində hər kəsə uğurlar arzu edib.

Xəbər lenti