Logo

“Peşəkar ol” layihəsi üzrə seminarlara start verilib

23.09.2021 13:27 330 baxış
IMG

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi Bakı Slavyan Universitetinin müəllimlik ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün “Peşəkar ol” layihəsi üzrə seminarlara start verib.

İnstitutdan bildirilib ki, 12 saatlıq proqram əsasında beş gün müddətində təlimlərin keçirilməsi nəzərdə tutulur. Seminarda könüllü olaraq 20 tələbə iştirak edir.

Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova “Yazı işlərinin təşkilində səmərəli üsullar” mövzusunda biliklərini tələbələrlə bölüşüb, praktik məşğələlər təşkil edib. Həmçinin Mərkəzin direktoru Nəzakət Mehdiyeva “Məktəbdaxili qiymətləndirmə” mövzusunda tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində təlim keçib.

Növbəti günlərdə “Səmərəli davranış qaydaları”, “Dinləyib-anlama və danışma fəaliyyəti üzrə işin təşkili metodikası”, “İnklüziya nədir?” mövzularında təlimlərin təşkil edilməsi planlaşdırılır.

Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda ali təhsil müəssisələrinə dəstək göstərməkdir.

Xəbər lenti