Təhsil Nazirliyi universitetlərdə dərs saatının 80 dəqiqə olmasını təklif edib.
Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, dərslər fasiləsiz olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması universitetlərin verəcəyi qərardır:
"Biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Bu da çölə çıxmaların və təmasların sayının az olması ilə əlaqədardır. Yəqin ki, belə davam eləsək, 80 dəqiqəlik dərslər olacaq”.