Logo

AMEA-nın Neft və Qaz İnstitutunda I kurs magistrantlarla görüş

23.09.2021 16:23 612 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda I kurs magistrantlarla görüş keçirilib.

AMEA-dan  bildirilib ki, görüşün keçirilməsində məqsəd magistrantlarla tanışlıq, cari ilin tədris prosesində təhsilin təşkili və pandemiya şəraitinin tələblərinə uyğun təhsilin davamlılığının təmin edilməsi olub.

Görüşdə institutun elmi işlər üzrə direktor müavini professor Vaqif Qurbanov, Neftli-qazlı hövzələrin analizi şöbəsinin müdiri Ədalət Həsənov, Təhsil şöbəsinin müdiri Arif Hüseynov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli iştirak ediblər.

Vaqif Qurbanov magistrantları təbrik edib, institutda magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və AMEA tərəfindən magistrantlara göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, gənclərin elmə marağı artır və ona görə də AMEA-nın magistraturasına qəbul olmaq istəyənlərin sayı ildən-ilə çoxalır.

Görüşdə Ədalət Həsənov magistrantları təbrik edib və onlara uğurlar arzulayıb.

Sonra Təhsil şöbəsinin müdiri Arif Hüseynov tədris prosesinin gedişi haqqında məlumat verib, tələbələri cari tədris məsələləri və dərs cədvəli ilə bağlı bir sıra zəruri metodiki xarakterli məlumatlarla tanış edib.

Sonda magistrantların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti