Bakı Dövlət Universiteti bir qrup kollektivi 27 sentyabr - Anım Günü ərəfəsində bu gün II Şəhidlər Xiayabanında 44 günlük Vətən Müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər.
Tehsil.biz xəbər verir ki, ziyarətdə BDU-nun Geologiya, Tarix və Mexanika-riyaziyyat fakültəsinin müəllim-tələbə heyəti iştirak edib. Ziyarətdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin məzarları önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.
BDU əməkdaşları tələbələrə Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından, onların Azərbaycan xalqının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağından danışıblar.