Logo

ADPU -nun Quba filialında təlimlərə başlanılır

24.09.2021 09:40 659 baxış
IMG

 Sentyabrın 22- də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təlim xidmətləri barəsində iclas keçirildi.

Tehsil.biz xəbər verir ki, iclasın əvvəlində dosent Yusif Alıyev çıxış edərək bildirmişdir ki, ADPU-nun Quba filialı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan TKTA arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanmışdır, bu isə filialın inkişafı sahəsində olduqca əhəmiyyətli hadisədir.
 

Dosent Yusif Alıyev: Əvvəlki çıxışlarımda dəfələrlə bildirdiyim kimi bizim hal-hazırda ən önəmli missiyamız ADPU-nun Quba filialını inkişaf etdirməkdir. Uzun zamandır ki, tərəfimdən bununla bağlı bir çox işlər görülmüşdür və sizin də dəstəyinizlə birlikdə artıq biz  bunun bəhrəsini görürük. Ümid edirəm ki, bundan sonra da bizlərin birgə vəhdət şəklində daha çox çalışması ilə burada bir çox yeniliklər baş tutacaqdır. Eyni zamanda 2021/2022 - ci tədris ili üzrə ADPU-nun Quba filialına qəbul olunmuş tələbələrin statistik göstəriciləri də bizə onu deməyə imkan verir ki, bu regionda çalışqan, bacarıqlı gənclərimiz çoxdur. Bizlərin də öhdəliyinə düşən odur ki, belə gənclərimiz üçün daha geniş imkanlar yaradaq və onlar da bu çərçivədən çıxış edərək vətənimizə, millətimizə böyük töhfələr versinlər.
 

Daha sonra dos. Yusif Alıyev sözü Keyfiyyətin Təminatı şöbəsinin müdirü Pərvanə Rzayevaya vermişdir. Pərvanə Rzayeva öz növbəsində qeyd etmişdir ki, təlimin əsas məqsədi Boloniya prosesinin dərinliklərinə dair geniş məlumat vermək, həmin proses çərçivəsində keyfiyyət təminatının mexanizminin qurulması yollarını araşdırmaqdan ibarətdir.Təlim zamanı həmçinin

ESG-i də daxil olmaqla milli və beynəlxalq standartlara dair məlumat vermək, daxili keyfiyyət təminatı və ali təhsil müəssisələrinin idarəetməsi arasında əlaqələri aydınlaşdırmaq və praktiki tapşırıqlar vasitəsi ilə daxili keyfiyyət təminatının tətbiq olunmasına dair bacarıqları təkmilləşdirməkdən ibarət məsələlərə də aydınlıq gətiriləcəkdir.
 

Pərvanə Rzayeva: Əməkdaşlıq müqaviləsinə əsasən TKTA tərəfindən 28-29 sentyabr tarixlərində əyani formada, pandemiya qaydalarına riayət edilməklə universitetdə təşkil olunacaq olan təlimin sonunda iştirakçılar Boloniya prosesinin əsas prinsiplərinə, istifadə olunan keyfiyyət təminatı alətlərinə, ESG standartlarına, ali təhsil müəssisələrində daxili keyfiyyət təminatının qurulmasında bu standartların əhəmiyyətinə dair məlumat əldə edəcəkdir.
Sonda təlimlərdə iştirak edəcək filial əməkdaşlarının adları açıqlanıb.

Xəbər lenti