Türkiyədə keçirilən “Teknofest” – Aerokosmik və Texnologiya Festivalında Azərbaycanın 11 startapı nümayiş etdirilir. Onlardan biri də ADNSU-nun “EaziStart” startap və innovasiya mərkəzinin “Healwith” layihəsidir.
Tehsil.biz-in verdiyi məlumata görə, "Healwith" layihəsinin Süni intelekt üzər mühəndisi və ADNSU-nun kompüter elmlərinin 4-cü kurs tələbəsi Rəşad Abdulxaliqov layihəni Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varanka təqdim etdiyini və qonaqlar tərəfindın çox maraqla qarşılandığını bildirib.
Qeyd edək ki, “HealWith” süni intellektin köməyi ilə bitki xəstəliklərini sadəcə şəkillərini çəkməklə müəyyən edən və müvafiq müalicə metodlarını göstərən mobil tətbiqdir. “HealWith” müəyyən mənada “cib aqronomu” rolunu oynayır, xüsusilə məhdud imkana malik, sosial təminata ehtiyacı olan insanlara vaxt və büdcəyə qənaət edərək təsərrüfatlarını inkişaf etdirməyə kömək edir.