Logo

BDU-da "Yaradıcı olmaq üçün özünə fürsət ver" adlı təlim keçirilib

24.09.2021 16:48 1874 baxış
IMG

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyətə başlayan TED Club-ın təşəbbüsü ilə "Yaradıcı olmaq üçün özünə fürsət ver" adlı onlayn təlim keçirilib.

Tehsil.biz-in xəbərinə görə, təlimdə psixoloq Leyla Azadi yaradıcı təfəkkürə, yüksək elmi qabiliyyətə malik şəxsiyyətin formalaşmasında strateji məqsədlər haqqında məlumat verib.

Tədbirdə çıxış edən  tələbələr - TED Club-ın moderatoru Zəkiyyə Məmmədova, TED CLUB-un sədri Cahan İsmayılova intellektual bacarıqlarının inkişaf etdirilməsi üçün yeni yanaşmaların tətbiqinin vacibliyi haqqında danışıblar.

Təlim tələbələrin qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Xəbər lenti