Logo

BDU-da yeni tədris ili əlaqədar qabaqlayıcı və preventiv tədbirlər intensivləşdirilib

24.09.2021 17:00 927 baxış
IMG

Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirililib, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Tehsil.biz bildirir ki, BDU-nun giriş qapılarında, həyətində, auditoriyalarda, sanitar qovşaqlarda, dəhlizlərdə, yataqxanalarda, yeməxanalarda və s. COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən maarifləndirmə posterləri, nişan və göstəricilər yerləşdirilib, giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılıb, sanitar qovşaqlarda əl dezinfeksiyaedici məhlullar və digər gigiyenik vasitələr yerləşdirilib.

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə riayət edilməsinə operativ nəzarətin təşkil edilməsi məqsədilə yaradılmış komissiya profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planına müvafiq olaraq əyani (ənənəvi) formada tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair tələblərin, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarının sağlamlığının qorunması üçün sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsi üçün bütün zərur tədbirlərin yerinə yetirilməsinə nəzarəti gücləndirib. Təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik nəzarət formaları və keyfiyyətə nəzarət cədvəlləri tərtib edilib.

BDU-nun ərazisində yerləşən 30 nömrəli poliklinikada COVID-19 infeksiyasına yoluxma şübhəsi olan tələbələrin təcrid olunması üçün iki xüsusi otaq ayrılmış, lazımi vəsait və avadanlıqlarla təchiz edilmişdir. Poliklinkanın həkimləri mütəmadi olaraq COVID-19-la mübarizə məqsədilə tələbələrlə maarifləndirici tədbirlər keçirəcəklər.

Xəbər lenti