Logo

Bakı Slavyan Universitetinin qalib tələbələri diplomla təltif ediliblər

24.09.2021 20:12 663 baxış
IMG

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyasının ( YAP)  Nəsimi rayon təşkilatında şəhid ailələrinin üzvlərinin və gənclərin iştirakı ilə " Şəhid qardaşıma məktub" adlı inşa yazı müsabiqəsinin qalibləri üçün tədbir keçirilib. Tədbirdə millət vəkili Məlahət İbrahimqızı da iştirak edib.

Tədbir başlamazdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov açıq elan edib.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri tələbə-gəncləri uğur qazanmaları münasibətilə təbrik edib və onlara diplomlarını təqdim ediblər.

Qeyd edək ki, müsabiqədə YAP-ın Nəsimi rayon təşkilatının Bakı Slavyan Universiteti ( BSU) üzrə ərazi partiya təşkilatının Gənclər Birliyinin fəal 9 üzv tələbəsi :Zəhra Haqverdiyeva, Əfsanə Allahverdiyeva, Arzu Əmirahova, Murad İmanov, Aysu Əlipaşayeva, Afət Cəfərova, Elxan Verdiyev, Arzu Fərəcova, Səmra Qazıbəyova diploma layiq görülüb.

Tədbirdə BSU-nun Beynalxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Zəhra Haqverdiyeva gənclər adından çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Xəbər lenti